“Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinə həsr olunmuş dəyirmi masa

"Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinə start verilib.

Layihənin məqsədi məktəblilər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə çıxarmaqdır.

Layihə çərçivəsində məktəbin Azərbaycan dili müəllimi K.Aytənin təşkilatçılığı ilə “dəyirmi masa” keçirildi. Müəllim tərəfindən şagirdlərə Məhəmməd Füzuli haqqında geniş məlumatlar verildi, şairə həsr olunmuş sənədli film nümayiş olundu, şagirdlər şairin qəzəlləri ilə çıxışlar etdilər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi