“Məktəblilərin sağlam qidalanması” mövzusunda təlim

24 aprel tarixində məktəbimizdə Yasamal rayon 10 saylı Uşaq Poliklinikasının şöbə müdiri Natavan Yusifova və sahə pediatoru Nərgiz Tağıyeva “Məktəblilərin sağlam qidalanması” mövzusunda təlim keçirmişdir. 

Məktəblilərdə sağlam qidalanma vərdişlərinin formalaşması çox mühümdür. Məhz buna görə, təhsil müəssisələrində bilavasitə tədris prosesi ilə yanaşı, şagirdlərdə sağlam qida davranışının formalaşmasına yönəldilmiş işlər aparılır.

Təlimlər zamanı uşaqlara sağlam qidalanmanın prinsipləri, düzgün qida vərdişləri, düzgün qidalanıb – qidalanmama halları barədə, uşaqlara əzələ kütləsinin inkişafına, əqli inkişafa, boyun artmasına, dişlərin, saçların, dərinin sağlamlığına kömək edən qida məhsulları barədə, uşaq və yeniyetmələr üçün sağlam qidalanmanın əsas prinsipləri və gündəlik rasionda üstünlük verilməli qidalar, həmçinin nisbətən az miqdarda tələb olunan qidalar haqqında geniş məlumat verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi