“Suraxanı” gəmi-muzeyinə ekskursiya

Məktəbimizin Rus dili müəllimi R.Aygünün və Coğrafiya müəllimi Q.Xuramanın təşkilatçılığı ilə 7C sinif şagirdləri məktəbdənkənar vaxtda “Suraxanı” gəmi-muzeyinə ekskursiya etmişdir. Şagirdlər muzeydə qədim dənizçilik ənənələrinə malik müasir Azərbaycanın  keçmişi ilə  gələcəyi arasında körpü ilə yaxından tanış oldular. Dünyada ilk tanker-muzeyin Bakıda fəaliyyət göstərməsi yerli sakinlər və gündən-günə artan turistlərə  Xəzərin və ölkəmizdə Gəmiçiliyin tarixi, qəhrəman dənizçilərimizin rəşadətli əməyi ilə yaxından tanış olmaq imkanı qazandırır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi