Təhsil Tələbə Krediti

    Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmış “Təhsil Tələbə Krediti Fondu”-nun əsas məqsədlərinə - əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək – nail olmaq üçün Fond tərəfindən təbliğat və təşviqat işləri davam etdirilir. Ötən həftə Naxçıvan Muxtar Respublikasında start götürmüş bu tədbirlərin davamı olaraq, 1 aprel tarixində Faiq Rzayev adına 150 №-li tam orta məktəbdə görüş keçirildi. Hər rayon üzrə 5 ümumtəhsil müəssisəsində baş tutan görüşlərdə 9, 10 və 11-ci sinif şagirdləri iştirak edib.
    Fondun əməkdaşları tərəfindən görüş iştirakçılarına TTKF-nin fəaliyyəti, məqsədləri və qarşıya qoyulan hədəflər, həmçinin təhsil tələbə kreditinə müraciət qaydaları, kreditinin növləri, tətbiq olunan güzəştlər, ödəniş şərtləri və s. haqqında detallı məlumat verilib. Bildirilib ki, ali təhsil pilləsinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki və texniki peşə təhsili səviyyələrində əyani təhsil alan şəxslər təhsil tələbə kreditindən yararlana bilərlər. Qeyd olunub ki, bu günə kimi Fonda 40 mindən çox müraciət daxil olmuş və bunlardan 32 mindən çox şəxsə təhsil krediti ayrılmışdır.
    Görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, təhsil krediti birbaşa tələbələrin təhsil aldığı müəssisələrin hesabına köçürülür, təhsil haqqı kimi vacib bir məsələsi həll olunmuş tələbə bu qayğıdan azad olmaqla, şəxsi inkişafı və biliklərinin artırılmasına fokuslanmaq imkanı qazanır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və təkliflər dinlənilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi