“Narkomaniya ümumbəşəri bəladır”

15 mart 2024-cü il tarixində Faiq Rzayev adına 150 №li tam orta məktəbdə Yasamal rayon Polis İdarəsinin və Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirildi. Tədbirə başlamazdan öncə Ümummili Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı üğrunda şəhid olmuş həmvətənlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Pərvanə Səfərova qonaqları təqdim edərək tədbirə başladı.

Tədbirin qonaqları:

Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Vəli Cəfərov,

Yasamal rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlara Profilaktik İşin Təşkili Bölməsinin rəisi polis polkovnik-leytenantı Nəbi Nəcəfov,

Yasamal rayon İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Rasim Əliyev,

Yasamal rayon İcra Hakimiyyətinin nəzdində, “Yetkinlik Yaşına Çatmayanların işləri və hüquqlarının müdafiəsi komissiyası”nın katibi Emin Babayev,

Yasamal rayon Polis İdarəsinin Veteranlar Şurasının Sədri Xanlar Ağayev.

Qonaqlar “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda çıxışlar etdilər, şagirdlərə maraqlı olan sualları cavablandırıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi