“İdman həftəsi” (hesabat)

     Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği, idman və bədən tərbiyəsinin inkişafı və bu sahədə kütləviliyin təmin edilməsi məqsədilə 1-7 mart tarixləri Ümumi Təhsil Müəssisələrində “İdman həftəsi” elan edilmişdir. Təlimata uyğun olaraq:

Proqramın I günü (01.03.2024)

1. Səhər gimnastikası (II-XI siniflər)

Cavabdeh şəxs: fiziki tərbiyə müəllimi H.Simuzər, M.Kənan

2. İdmançıların yarışa hazırlığının psixoloji yanaşması (V-XI siniflər)

Cavabdeh şəxs: psixoloq S.Türfə, fiziki tərbiyə müəllimi M.Kənan

    Psixoloji söhbət zamanı bildirildi ki, bu gün ölkəmizdə idman və bədən tərbiyəsinin inkişafı dövlətin əsas prioritetləri sırasındadır. Ümumi təhsil müəssisələrində idman həftəsinin proqramına əsasən məktəbin V-XI şagirdləri ilə "İdmançıların yarışa hazırlığının psixoloji yanaşması" mövzusunda  məktəbin bədən tərbiyəsi müəllimi M.Kənan və məktəb psixoloqu S.Türfə şagirdlərlə görüş keçirdi. S.Türfə yarışlar zamanı idmançılara psixoloji dəstəyin vacibliyini qeyd etdi. İdmanla məşğul olmaq üçün insan psixoloji cəhətdən iradəli, xarakterli olmalıdır. İdmançının yarışa hazırlığı özünə inamdan və qələbəyə nail olmaq istəyindən də asılıdır. Bütün bunlarla yanaşı psixoloji durumun da qaydasında olması idmançıya birbaşa olaraq kömək olur.

Proqramın II günü (04.03.24)

1. İdman nailiyyətləri olan idmançılarla görüş (II-IV, V-X siniflər)

Basketbol idman sahəsi üzrə böyük nailiyyətləri olan, məşqçi, Qarabağ qazisi Əliyev Kənan fiziki tərbiyə müəllimi H.Simuzərin təşkilatçılığı ilə gənc idmançılarla görüş keçirmişdir.

2. Fiziki tərbiyə müəllimi H.Simuzərin təşkilatçılığı ilə şagirdlər arasında İdman viktorinası keçirildi.  

Proqramın III günü (05.03.24)

1. Sağlam qidalanma ilə bağlı maarifləndirmə tədbirləri ( III-IV, V-VIII siniflər)

2. Rəsm müsabiqəsi (I-IV siniflər üzrə seçilən rəsm nümunələri sərgiləndi)

3. “Ən sürətli şagird” qaçış yarışı (III-IV siniflər 20 metr, V-VII siniflər 30 metr, VIII IX siniflər 60 metr məsafə)

Proqramın IV günü (06.03.24)

1. “Şən startlar” estafet yarışının keçirilməsi (III-IV və VI-VII siniflər arasında)

2. Basketbol yarışı: (V-XI siniflər)

3. Qol güləşi: (X-XI siniflər)

Proqramın V günü (07.03.24)

1. Təqdimat (V-XI siniflər) Mövzu: İnsan həyatında idmanın rolu, idmanla məşğul olmağın faydaları və s.

 

7 mart tarixində İdman həftəsinə yekun vuruldu. İdman həftəsi çərçivəsində keçirilən idman yarışlarında fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən Diplom ilə təltif olundu. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ə.Dürdanə şagirdləri təbrik etdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi