Mülki Müdafiə günü

1 mart 2024-cü il tarixində Faiq Rzayev adına 150 №-li tam orta məktəb üzrə “Ümumdünya Mülki Müdafiə günü”nün təşkili və keçirilməsi tədbirlər planına əsasən təmin edilmişdir.

Tədbirdə məktəbin müəllim və şagirdləri iştirak etmiş, məktəb bazasında yaradılan Mülki Müdafiə qüvvələrinin əmlak və avadanlıqlarının imkanları əməli nümayiş etdirilmiş, Mülki Müdafiə təbliğat, təşviqat nöqtəsində Mülki Müdafiə sərgiləri ilə tanış olmuşlar. Keçirilən tədbirdə tədbir iştirakçılarına Mülki Müdafiənin yaranma tarixindən, onun real həyatımızda əvəzolunmaz əhəmiyyətindən, FHN-nin fövqəladə hadisələrin qarşısının alınmasında və nəticələrinin aradan qaldırılmasında gördüyü işlər barədə məlumat verilmişdir. Ümumiyyətlə tədbirdə “Mülki müdafiə sahəsində innovativ texnologiyalar” mövzusu oxunmuş, Fövqəladə Hallarda işçilərin fəaliyyəti və rolundan danışılmışdır.

Müəllimlər şagirdlərə FH-la bağlı geniş məlumatlar vermiş, Məktəbin Hərbi rəhbəri şagirdləri müharibə hallarında nə etmək barədə maarifləndirmişdir.

Şagirdlər tərəfindən zəlzələ, müharibə, zərərli maddələrin dağılması və s. kimi fövqəladə hallar zamanı necə davranmaq lazım olması barədə səhnəciklər hazırlanmışdır.

Tədbirin yekunu olaraq, tədbirin keçirilməsinə məsul şəxslərlə iclas keçirilmiş, tədbir zamanı qarşıya qoyulan məqsədə nail olunduğu bildirilmiş, çatışmamazlıqlar göstərilmiş, növbəti ildə tədbirin daha maraqlı və praktik keçirilməsi üçün Mülki Müdafiə rəhbərliyi öz tövsiyyələrini vermişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi