29 fevral - Azərbaycan dili monitorinqi

29 fevral 2024-cü il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin Keyfiyyətinə Nəzarət Sektorunun təlimatına əsasən 150 №-li tam orta məktəbdə Azərbaycan dili üzrə monitorinq keçirildi.

Monitorinq materialları 4-cü siniflər üzrə iki variantda, 6-cı, 7-ci, və 8-ci siniflərdə vahid formada iki variantda hazırlanmışdır.

Monitorinq materialları həm Azərbaycan, həm də rus bölmələri üçün fərqli olmadan hazırlanmışdır, yəni hər iki bölmə üçün eyni olmuşdur.

Monitorinq üçüncü dərs - 45 dəqiqə ərzində yerinə yetirildi.

Şagirdlər dinləmə materiallarını dinləyərək sualları cavablandırdılar.

Monitorinqlərin təşkilində əsas məqsəd, müəssisələrin inkişafına dəstək olmaqdır.

Monitorinq zamanı obyektivlik tam təmin olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi