Beynəlxalq Mülki Müdafiə günü

15.04.2016-cı il tarixində Xətai rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi əvəzi Qurban Mustafayev, Dövlət Yanğından Mühafizə hissəsinin rəis müavini d/x mayoru Anar Səmədov və maliyyə kiçik inspektoru Nigar Abbasovanın birgə təşkilatçılığı ilə Beynəlxalq Mülki Müdafiə günü ilə bağlı maarifləndirici xarakterli ənənəvi təlim keçirilmişdir. Tədbirin praktiki hissəsində "Həyəcan!" siqnalı verilmiş və liseyin 2-ci mərtəbəsindəki şagird kontingentinin 4 dəqiqə ərzində təxliyə planına uyğun şəkildə liseydən çıxarılması həyata keçirilmişdir. Təxliyə olunan anda şərti xilasetmə əməliyyatına başlanılmışdır. Daha sonra xilasedicilər zərərçəkmiş və yaralanmış, köməksiz halda olan şagirdi yanğın baş verən ərazidən çıxararaq ilkin tibbi yardım göstərib təcili tibbi yardım əməkdaşlarına təhvil vermişlər. Praktik hissə bitdikdən sonra liseyin akt zalında "1 mart Ümumdünya Mülki Müdafiə günüdür" mövzusunda çıxış edilmişdir. Bununlada nəzəri hissə sona çatmışdır.