Rus dili və ədəbiyyat fənləri üzrə VIII Respublika Olimpiadası

07-08.04.2016-cı il tarixində rus dili və ədəbiyyat fənləri üzrə VIII Respublika Olimpiadası keçirilmişdir. Olimpiadada liseyimizin 7 b sinif şagirdləri Qəhrəmanov Kənan, İmanov Zaur, 7c sinif şagirdi Axundova Kamilla və 8 b sinif şagirdi Əhmədova Emiliya iştirak etmişlər. Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı əməkdaşlıq heyəti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycanda rus dilli təhsil müəssisələrindəki müəllim assosiasiyasının rəhbərliyi olimpiadada aktiv çıxışlarına görə rəqiblərindən seçilən şagirdlərimizi sertifikatla mükafatlandırdılar. Şagirdlərimizin uğuruna görə liseyin şagird və işçi kollektivi onlarla fəxr edir, gələcək təhsillərində daha böyük nailiyyətlər əldə etmələrini arzu edirlər!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi