Xətai rayonunda "Ölkəmizi tanıyaq" tur-aksiya iştirakçılarının təntənəli yolasalma mərasimi keçirilib

Noyabrın 13-də Xətai rayonunda  Heydər Əliyev adına parkda “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyada iştirak edən məktəblilərin təntənəli yolasalma mərasimi təşkil olunub.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Xətai rayon Mühafizə İdarəsinin rəisi Nazim Həsənov, Dövlət Milli Təhlükəsizlik Xidməti Xətai rayon Şöbəsinin rəisi Babək Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinin rəisi Əqid  Bayroyev, rayon Polis İdarəsinin rəis müavini Ramin Hüseynov, Milli Qəhrəman Möhsün Məmmədov, icra hakimiyyəti aparatının məsul şəxsləri, orta məktəblərin direktorları, rayonun  mədəniyyət kollektivləri iştirak edirdilər.

 Liseyimizin  təlim nəticələri ilə fərqlənən, fəal şagirdləri Şükürova Dilarə və Mehdiyeva Leyla da " Ölkəmizi taniyaq" tur-aksiyasının iştirakçıları sırasındadır. Şagirdlər  onlar üçün ayrılan xüsusi avtobusla Dövlət Yol Polisi avtomobilinin müşaiyəti ilə  təntənəli şəkildə Gəncə şəhərinə yola düşdülər.

Cənab Prezidentimiz İlham Əliyevin gəncliyə və təhsilimizə ayırdığı bu diqqət  və qayğı üçün minnətdarlığımızı bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi