"Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri" mövzusunda tədbirlər həyata keçirildi

  "Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyev  2019-cu il fevralın 7-də Sərəncam imzalayıb.Həmin Sərəncama əsasən təsdiq edilmiş Azərbaycan Respublikası təhsil nazirinin 13 mart 2019-cu il tarixli, F-127 nömrəli əmrinin icrasına dair Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı tərtib olunub.Planın icrasını təmin etmək məqsədilə kollektiv olaraq bir çox maarifləndirici tədbirlər həyata keçirilmişdir. 

4-5 noyabr tarixlərində kimya müəllimi Afaq Mirişlinin rəhbərliyi altinda liseyin bütün siniflərində " Plastik qablaşdırma tullantılarınin ətraf mühitə mənfi təsiri" mövzusunda müzakirələr təşkil olunmuşdur. Müxtəlif video slaydlar, təqdimatlar,şagirdlərin bu mövzuya dair hazırladıqları divar qəzetləri,rəsm və əl işləri nümayiş olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi