"Azərbaycan gəncləri narkotiklərə yox deyir" adlı rəsm müsabiqəsi

22 oktyabr 2019-cu il tarixində Xətai Sənət Mərkəzində Xətai Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsi və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə sağlam həyat tərzinin təbliği, narkomaniya, tütün, alkoqol və digər zərərli vərdişlərin mənfi təsiri ilə bağlı rayon ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Azərbaycan gəncləri narkotiklərə yox deyir” mövzusunda keçirilən rəsm müsabiqəsinin sərgisi və mükafatlandırılma mərasimi təşkil olunmuşdur.
Müsabiqənin yekun qiymətləndirilməsinə görə 147 nömrəli Texniki-Humanitar Liseyin 9b sinif şagirdi Seyidov Şahin Oleq oğlu ikinci yeri tutmuşlar.  Eyni zamanda liseyimizin digər şagirdləri də öz rəsm əsərləri ilə müsabiqədə iştirak etmişlər. Qaliblərə diplomlar təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi