XIII Beynəlxalq Təhsil Sərgisində liseyimizin müəllim və şagidləri iştirak edib

Liseyimizin müəllim və şagirdləri 10-12 oktyabr tarixilərində Bakı Ekspo Mərkəzində keçirilmiş XIII Beynəlxalq Təhsil Sərgisində iştirak edirblər.  Qeyd edək ki, sərgidə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunub. Sərgiyə dünyanın 22 ölkəsindən 150-dən artıq iştirakçı qatılıb. Müəllimlər, valideynlər və şagirdlər Respublikamızın və dünyanın bir çox ali təhsil müəssilərinin təhsil və tədris vəziyyəti, fəaliyyət istiqamətləri ilə yaxından tanış olmaq imkanı qazanmışlar. Sərgi zamanı təşkilatçılar tərəfindən işgüzar görüşlər, panel müzakirələri, intellektual oyunlar keçirilib, milli rəqslər ifa olunub. Ziyarətçilər təhsillə bağlı onları maraqlandıran suallara cavab tapıb, ətraflı məlumat əldə ediblər. Müəllim və şagirdlərimiz sərginin işindən çox razı qalmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi