Təhsil müəssisələrində “İnsan hüquqları aylığı”

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində ölkəmizdə elan olunan “İnsan hüquqları aylığı” ilə əlaqədar tədbirlər keçirilir. Belə ki, ümumi təhsil müəssisələrində insan hüquqlarına dair mühazirə, konfrans, seminar, “Dəyirmi masa”, disput və inşa yazı müsabiqələri təşkil edilir.

“İnsan hüquqları aylığı” çərçivəsində məktəblərdə tədbirlərin keçirilməsinin əsas məqsədi insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini şagirdlər arasında təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə, şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdan ibarətdir.

Aylıq çərçivəsində "Hüquqlarımızı bilək”, “İnsan hüquqlarının qorunması milli birliyin müqəddəs rəmzidir”, "İnsan hüquqlarının müdafiəsi", “İnsan hüquqlarının hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərləri” və digər mövzularda şagirdlərlə söhbətlər aparılır.

Tədbirlərdə ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və ölkə Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamına əsasən, hər il iyunun 18-nin respublikamızda İnsan Hüquqları Günü kimi qeyd olunduğu vurğulanır. Ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-dək ölkədə “İnsan hüquqları aylığı”nın keçirildiyi şagirdlərin diqqətinə çatdırılır. Həmçinin respublikamızda insan hüquqlarının qorunması ilə bağlı atılan addımlardan, bu sahədə  əldə  edilmiş nailiyyətlərdən, ölkəmizin beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsindən, tolerantlıq,  multikulturalizm,  islam  həmrəyliyi  ideyalarının  dünyaya  yüksək  səviyyədə  çatdırılmasından və Azərbaycanda multikultural dəyərlərə böyük hörmətlə yanaşılmasından bəhs olunur. 

Eyni zamanda, tədbirlərdə insan hüquq və azadlıqlarına həsr olunmuş fotostendlərə, şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış keçirilir.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM