Məktəblərdə əlverişli təlim və inkişaf mühiti

Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin olunması ən aktual məsələlərdən biridir. Bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxtın ümumi təhsil müəssisələri direktorlarının iştirakı ilə müşavirə keçirilib. Müşavirədə ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəetmə məsələlərindən bəhs olunub. Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə Fəaliyyət Planı”nda nəzərdə tutulmuş həlli vacib məsələlərdən və ümumi təhsil müəssisələrinin qarşısında duran prioritet istiqamətlərdən danışılıb.

Bu barədə İTV-nin efirində yayımlanan “Diqqət mərkəzi” proqramında geniş məlumat verilib, müşavirədə müzakirə olunan məsələlər barədə ətraflı söhbət açılıb.
Proqramda ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin yaradılması, şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə geniş məlumat verilib.

Həmçinin proqramda 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu barədə danışılıb. I sinfə şagird qəbulu zamanı digər dildə tədris aparılan bölmə üzrə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi, lisey və gimnaziyalara qəbulla bağlı suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi