Kiçik Akademiyanın biologiya bölməsinin yığıncağı

11.03.2016-cı ildə 147 №-li Texniki-humanitar liseydə “Kiçik Akademiyanın” biologiya bölməsinin yığıncağı keçirilmişdir. Yığıncağı giriş sözüylə əməkdar müəllim biologiya fənni üzrə təcrübəsi olan Həlimə Mehdiyeva açaraq, professor Kərəm Əsədov, Milli Aerokosmik Agentliyi Ekologiya İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Xasməmməd Əsədov, Respublika Nəbatət İnstitutunun nadir və nəsli kəsilmiş bitkilər laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Yusif Zeynalov, Təhsil Nazirliyinin Respublika Ekoloji təcrübə mərkəzinin direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Lalə Dadaşova iştirak etmişlər. İstər Ekologiya, istər biologiya, istərsə də nəsli kəsilmiş bitkilər elmi haqqında dinlənilən maraqlı məlumatlar şagirdlər tərəfindən çox yaxşı qarşılanmış və ətraf mühiti sevmək, ona qulluq etmək, yaşıllığı artırmaq təşəbbüsünü onlarda yaratmışdır. Buna cavab olaraq şagirdlər Yusif Zeynalovdan xahiş etmişlər ki, institutun boş qalan sahəsində şagirdlərə müəyyən yer ayrılsın ki, şagirdlər orada müəyyən təcrübə aparsın və öz təcrübəsinin yekununu alimlərlə birgə müzakirə etsin. Şagirdlərin maraqlı suallarına cavab verən alimlər onlara kitab hədiyyyələri vermiş, gələcəyin bioloq alimlərinin həqiqi mənada bu liseydə yetişəcəyini vurğulamışlar. Həlimə xanım yekunda alimlərə öz minnətdarlığını bildirib və qeyd edib ki, K.A-nın bütün bölmələrinin vaxtaşırı hər bölməyə uyğun alimləri ilə yığıncaqlarını keçirmək, aktual məsələləri müzakirə etmək, şagirdlərdə elmə, texnikaya həvəs oyatmaq niyyətindədir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi