Multikulturalizm
17.02.2016-cı ildə 147 №-li texniki-humanitar liseydə Multikulturalizm həyat tərzi kimi - "Öyrən,araşdır, paylaş" mövzusunda 9,10,11- ci sinif və pedaqoji kollektivin üzvləri ilə dəyirmi masa keçirilmişdir. Dəyirmi masada Bakı Beynəlxalq Kulturalizm Mərkəzinin analitik araşdırma şöbəsinin müdiri Nəriman Qasımzadə məsələ haqqında geniş məlumat vermiş, tolerantlıq, başqa xalqların dinlərinə münasibətləri haqqında məlumat verərək gənc nəslin bu məsələ ilə maraq və meyllərini öyrənməyi, öyrətməyi və düşdüyü mühit ilə əlaqədar hamı ilə paylaşmalıdır. Məsələ şagirdlərimizin böyük marağına səbəb olmuş, məruzəçiyə maraqlı suallar verərək hərtərəfli məlumatlandırıldıqlarını bildirmişlər.Tədbirin sonunda lisey rəhbərliyi məruzəçiyə öz minnətdarlığını bildirmiş, məruzəçi isə liseyə müxtəlif dillərdə tərcümə olunmuş multikulturalizm haqqında kitab dəsti bağışlamışdır.