Özünüidarəetmə günü

10.02.2016-cı il tarixdə 147№-li texniki-humanitar liseydə ənənəvi "Şagird- özünüidarəetmə günü" keçirilmişdir. Şagirdlərin sevincinin həddi - hüdudu yox idi. Çünki, liseyin idarə edilməsi, dərslərin aparılması, nizam-intizama rəhbərlik, böyük tənəffüsün fəal keçirilməsi şagirdləri həm maraqlandırır, həm də sevindirirdi. Səhər saat 8.15-də liseyin 500-ə qədər şagirdi xətdə düzülmüş, liseyin əsas rəhbərliyi və fənn müəllimləri şagirdlərin yanında dayandılar. Liseyin əsas rəhbərliyi, (əvəzedici şagirdlər) şagird kollektivi ilə tanış edilərək bu gün liseyin direktoru 11-ci sinif şagirdi Aytac Hüseynova, tədris işləri üzrə direktor müavini 10-cu sinif şagirdi Anar Hüseynov, təşkilatçı 11-ci sinif şagirdi Nigar Məmmədova, ümumi işlərə rəhbərlik edən 11-ci sinif şagirdi Aygün Şirəliyeva və UBR 10-cu sinif şagirdi Səlimə Musayeva idarə edəcək. İlk zəng şagirdləri siniflərə dəvət etdi və dərs prosesi başladı. Dərs deyən (əvəzedici) müəllimlər maraqlı, məzmunlu dərs deməklə mövzuları şagirdlərə mənimsətdilər. Verilən 10 dəqiqə fəal tənəffüsdə şagirdlər həm mahnı oxudular, həm oyun keçirdilər, həm də rəqs edərək əyləndilər. 6-cı saatdan sonra bir günlük nəticəni müzakirə etmək üçün pedaqoji şuranın yığıncağı keçirildi. Rəhbərlik pedaqoji şurada fərqlənən əvəzçi müəllimlərə rəhbərliyi əvəz edən şagirdlərə fəxri fərman , təşəkkür və kitab hədiyyələri verdi. Yadda qalan gün fotoşəkillərlə şagirdlərin yaddaşında əbədi iz qoydu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi