Nanotexnologiya mövzusunda professorlarla görüş

Liseyin fəaliyyət planına əsasən müxəlif istiqamətlərdə öz əhəmiyyətli tədqiqatları ilə tanınan alimlərin şagirdlərlə görüşü təşkil olunur. Gələcək nailiyyətlərin əsasında orta məktəbdə, hansısa elmi-intellektual söhbətdə ortaya atılmış fikir, ideya qığılcım dayana bilər. Bu gün nanotexnologiya sahəsi üzrə tanınmış alim, texnika elmləri doktoru, professor Eldar Şahbazov, texnika elmləri doktoru, professor Elçin Kazımov şagirdlərlə görüşdə oldular. Liseyimizin Vlll və lX sinif şagirdlərinin nanotexnologiya ilə bağlı tədqiqatlarını dinlədilər. Şagirdlər neftçıxarmada nanotexnologiyaların tətbiqi məsələləri, Azərbaycanda reallaşdırılması və perspektivlərlə bağlı şagird araşdırmalarını təqdim etdilər. Öz növbəsində hər iki alim müasir dünyada nanotexnologiyanın rolu və əhəmiyyəti, müxtəlif istehsal sahələrində təqbibi məsələləri ilə bağlı mühazirə dedilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi