Liseydaxili Breyn Rinq yarışmasının yekunu

Liseyimizin illik fəaliyyət planına uyğun olaraq xüsusi şəkildə hər tədris ili davamlı həyata keçirilən müsabiqələrdən biri də "Breyn rinq" bilik yarışmasıdır. V-IX siniflər üzrə hər sinif komplektinin bir komanda ilə təmsil olunduğu yarışma oktyabr ayında başlayır, hər həftə bir sinif səviyyəsini əhatə edir və dekabr ayının əvvəllərində tamamlanır. Ümumilikdə liseydə hazırda 508 şagird 21 sinif komplektində təhsil alır. V-IV siniflər üzrə  16 sinif komplekti var və hər komandada hər il komanda üzvləri dəyişilərək 6 şagird iştirak edir. Bu da hər tədris ili fərqli 96 şagirdin yarışmada iştirak etməsi deməkdir. Hər tədris ili bu qədər sayda şagird məntiqi, tənqidi və yaradıcı təfəkkürünü bilik yarışmasının bu növündə sınayır. Bununla da onların gərgin zehni idman mübrizəsi şəraitində komandada işləmək, çevik qərarlar vermək, düzgün əqli nəticələr çıxarmaq bacarıqları yoxlanılır, inkişaf etdirilir. Şəffaf və dürüst, tam obyektiv əsaslarla komanda üzvü seçimindən məktəbdaxili təbliğata, yarışmanın təşkilinə qədər bütün mərhələlər ciddi nəzarət altında gerçəkləşdirilir. Hər sinif mərhələsi üzrə qalib gələn 1 komanda üzvləri, ümumilikdə 5 komandanın 30 üzvü fəxri fərmanlar və valideynə təşəkkünamə ilə mükafatlandırılırlar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi