Azad Mirzəcanzadə adına fənlər olimpiadası

147 nömrəli Texniki-humanitar liseyin yaradıcısı mərhum akademik Azad Mirzəcanzadədir. Azad müəllim geniş elmi biliyə, əsaslandırılmış və köklü təcrübi isbatlara söykənən praktiki bacarıqlara, ciddi fundamental fəlsəfi-estetik ideyalara malik dünyaşöhrətli alim olmuşdur. Cənab prezidentimiz İlham Əliyevin akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamına əsasən, 2018-ci ildə Respublikamızda silsilə tədbirlər reallaşdırılmaqdadır. 147 nömrəli THL-in Pedaqoji Şurasının qərarı ilə noyabr ayından etibarən liseydə Azad Mirzəcanzadənin xatirəsinə həsr edilmiş Fənlər Olimpiadası start götürmüşdür. Olimpiada V-IX sinifləri əhatə edir və 3 mərhələdə keçirilməsi nəzərdə tutulub. Olimpiadada tədris dili, riyaziyyat, xarici dil və məntiq üzrə şagirdlərə 70 tapşırıq təqdim ediləcəkdir. Hər dəfə seçim üsulu ilə daha bilik və bacarıqlı şagirdlər müəyyənləşəcək. I mərhələ artıq yekunlaşmışdır. Ən yüksək nəticə göstərmiş şagirdlər dekabr ayında keçiriləcək ll mərhələdə iştirak etmək hüququ qazanıblar. Fevral ayında isə olimpiadanın III mərhələsi keçiriləcək və hər sinif üzrə bir şagird qalib hesab olunacaq. Olimpiadanın I turunda lisey üzrə V-IX sinif şagirdlərindən 150 nəfər qatılmışdı. Şagirdlərin davamlı və sistemli olaraq yüksək səviyyədə təlim nəticələrinin artırılması və fəaliyyətinin stumillaşdırılması baxımından məktəbdaxili yarışmalar zəruri pedaqoji-psixoloji-metodiki əhəmiyyət daşıyır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi