Avropa çempionundan yeni qələbə

Liseyimizin 10c sinif şagirdi Tale Yaqublu ötən il Karate üzrə yeniyetmələr arasında Avropa çempionu titulunu qazanmışdır. O, bu il noyabr ayında keçirilən Azərbaycan çempionatında I yeri qazanaraq yenidən növbəti Avropa çempionatında iştirak etmək hüququ əldə etmişdir. Talenin Azərbaycanın doğma bayrağını vətəndən kənarda dalğalandırması, vətənimiz Azərbaycanın dövlət himnini səsləndirməsi və bunun ətraflı şəkildə məktəbimizdə təbliğ olunması liseydə təlim və tərbiyə işinin daha səmərəli qurulmasına müsbət təsir edir. Həm yaxşı təlim göstəriciləri, həm də yaxşı davranışı və nümunəvi şagird etikası ilə seçilən Tale Yaqublu sözün əsl mənasında digər şagirdlərə müsbət nümunədir.  Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gəncliyə qayğısının, sağlam vətəndaş cəmiyyəti qurmaş siyasətinin davamıdır. "Sağlam bədəndə sağlam ruh olar" ifadəsi bu mənada işlənmişdir. Liseydə idmançı şagirdimizin uğurları şagirdlərə çatdırılmış, onlarda vətənə, milli-mənəvi dəyərlərə hörmət və sevgi hissi aşılanmışdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi