ADA Universitetində görüş

Alimlərin qeyd etdikləri kimi, elmsiz təhsil, təhsilsiz elm olmur. Azərbaycan (eləcə də dünya) pedaqoji fikir və elmi təfəkkürünün tarixi inkişafına nəzər saldıqda bu iki sosial prosesin vahid elmi-ictimai xarakter daşıdığını müşahidə edirik. İstedadlı elm adamı öz davranışları, danışıq və ünsiyyətləri ilə özlüyündə bir məktəbdir, tərbiyə, təlim nümunəsidir. Bu məqsədlə 147 №-li THL-də daima müxtəlif alimlərin, yaradıcı şəxslərin şagirdlərlə ünsiyyətinə çalışırıq. Liseyimiz AMEA, BDU, ADPU, ARTİ, Neft-Kimya prosesləri İnstitutu və digər elm, araşdırma mərkəzlərinin nümayəndələri ilə səmərəli qarşılıqlı əlaqələr qurmaqdadır. Bu dəfə liseyimizin texniki və təbiət təmayülü sinfinin şagirdləri ADA Universitetində "Süni intellekt"lə bağlı mühazirədə iştirak etdilər. Universitet nümayəndələrinin məlumatına görə şagirdlərimizin intellektual səviyyəsi və məlumatlılığı onların çox xoşuna gəlmişdir. Tədrisin keyfiyyətinin, şagird marağının artırılması istiqamətində bu kimi görüşlər ciddi şəkildə müsbət rol oynamaqdadır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi