Məzunlarla görüş keçirildi

147 №-li texniki-humanitar liseydə Gənclər Günü ilə əlaqədar 1999 - cu ildən 2015-ci ilə qədər liseyi bitirən məzunlarla görüş keçirilmişdir. Görüşü təşkil edən liseyin təşkilat komitəsi olmuşdur. Təşkilat komitəsinin üzvləri respublikanın əməkdar müəllimi Həlimə xanım Mehdiyeva, direktor Gülnaz xanım Kərimova, tərbiyə işləri üzrə direktor müavini İsayeva Könül və məktəbin psixoloqu Gülnarə Əhmədova olmuşdur. Görüşün açılışı bayramsayağı bəzədilmiş akt zalında keçirildi. Onu da qeyd edim ki, görüşdə bu illərdə liseyi bitirən müxtəlif sahələrdə çalışan ali məktəblərdə təhsil alan və magistraturalarda 100-ə qədər məzun və bu il bitirəcək 50-yə qədər buraxılış sinfinin şagirdləri iştirak etdi. Maraqlısı bu idi ki, iştirakçılar içərisində məzun ADA-nın müəllimi Tuqra xanım Şükürova və onun qardaşı AzFon-un baş mütəxəssisi Xatəmin valideynləri Azərbaycan Dövlət İncəsənət Universitetinin nitq mədəniyyəti kafedrasının professosu Azad Şükürov və həyat yoldaşı Nazilə xanımda iştirak edirdi. Görüşü giriş sözüylə H.Mehdiyeva açıb, tədbir üçün sözü liseyin direktor əvəz edicisi Gülnaz Kərimovaya verdi. Liseyi 2000-ci ildə bitirən, 610 balla ali məktəbə daxil olan, hazırda “Katar Airways” şöbə müdiri vəzifəsində çalışan Validə Qafarova çıxış edərək liseyə, onun rəhbərliyinə və müəllimlərinə öz minnətdarlığını bildirdi. Sonra çıxışlar bir-birini əvəz etdi. Liseyin 2004-cü il buraxılışı Vergilər Nazirliyində şöbə müdiri vəzifəsində çalışan Nicat İmanov, Respublika Prokurorluğunun İstintaq İdarəsinin məsul işçisi Abbas Abbaslı, İtaliyada magistraturada təhsil alan Abbas Məmmədov, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının riyaziyyat fakültəsinin I kurs tələbəsi Həsənova Fatimə, liseyi eyni vaxtda bitirib (hazırda gənc ailə olan) Dəmiryol İdarəsinin İnformatika sahəsi üzrə baş mütəxəssisi Kərimov Musa və həyat yoldaşı BDU-nun biologiya fakültəsini bitirən Fərqanə Gülmalıyeva çıxış etdilər. Tədbirin rəsmi hissəsindən sonra həm şagirdlər, həm məzunlar müxtəlif mahnılar və rəqslərlə şənləndilər. Sonda xatirə şəkli çəkildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi