Basketbol üzrə növbəti nailiyyət

Fiziki tərbiyə dərslərinin qaydalara uyğun keçirilməsi məktəb tədrisinin əsas vəzifələrindəndir. Liseydə bu ildən etibarən İdman dərslərinin daha keyfiyyətli keçirilməsinə, xüsusi bacarıqlı şagirdlərin idman dərnəyinə cəlb olunmasına diqqət daha da artırılmışdır. Bu günlərdə Xətai rayonu üzrə məktəblilərin XXX Spartakiadası çərçivəsində qızlardan ibarət komandaların yarışı keçirildi. Liseyin komandası tam gücü ilə yarışda iştirak etdi. Nəticədə komandamız Xətai məktəbləri arasında II yeri qazandı. Şagirdlərin sağlam böyüməsi, fiziki cəhətdən inkişaf etdirilməsi lisey pedaqoji kollektivinin əsas vəzifələrindəndir. Hər bir şagirdimizə uğurlar arzulayırıq. Onlardan yeni nailiyyətlər gözləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi