Bakı Birinciliyinin ikincisi

Sağlam bədəndə sağlam ruh olar. Şagirdlərin fiziki cəhədən inkişafı zehni inkişafdan az əhəmiyyətli deyil. Bunun üçün liseydə fiziki tərbiyə dərslərinin keçirilməsinə xüsusi diqqət yetirilir. Şagirdlərin nəzərdə tutulmuş proqram materiallarını tam olaraq mənimsəməsi üçün pedaqoqlar ciddi şəkildə çalışırlar. Nəticədə əksər şagirdlərimiz müxtəlif müqyaslı idman yarışlarında mütəmadi olaraq iştirak edir və nailiyyətlər əldə edirlər. Bu dəfə liseyin 5c sinif şagirdi Qurbanova Məryəm Akrobatika Gimnastikası üzrə Bakı Çempionatı və Birinciliyində balacalar arasında (6-12 yaş) uğurla çıxış edərək II yeri qazanmışdır. Mədinənin qələbəsində liseyin fiziki tərbiyə dərslərinin də payı çoxdur. Mədinəyə yeni nailiyyətlər, qələbələr arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi