Müsabiqə qaliblərimiz

Liseydə müxtəlif sahələr üzrə təhsilalanların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində sistemli və ardıcıl işlər həyata keçirilməkdədir. Elə bunun nəticəsidir ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və "Azərbaycan Milli Avtomobil Klubu" İctimai Birliyinin "Yol təhlükəsizliyi məktəblilərin obyektivində" mövzusunda keçirilmiş müsabiqədə şagirdlərimizin göndərdiyi iki əsər yüksək yer qazanmışdır. Plakat nominasiyası üzrə IX sinif şagirdi Gülər Həsənalıyevanın rəsm əsəri II, X sinif şagirdi Məmmədqulu Məmmədzadənin rəsm əsəri V yeri qazanmışdır. Şagirdlərin dünyagörüşünün, bacarıq və səriştələrinin inkişafı, təlim keyfiyyətlərinin artırılması istiqamətində bu kimi müsabiqələrin müstəsna əhəmiyyəti vardır. Təşkilatçılara minnətdarlığımızı bildirir, şagirdlərimizə və liseyimizə yeni müvəffəqiyyətlər diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi