Liseydaxili "Bilik yarışı"nın V siniflər üzrə mərhələsi

147 nömrəli texniki-humanitar lisey öz ənənələri, şagirdlərə yönəlmiş maraqlı və vacib silsilə tədbirlər təcrübəsi olan təhsil ocağıdır. Tədris ili ərzində tədrisin və təlimin keyfiyyətinin artırılması, şagirdlərin maraq və meylinin üzə çıxarılması, onlarda komandada işləmək bacarığının formalaşdırılması, cəld və dəqiq düşünmək vərdişlərinin inkişaf etdirilməsi, təhsilalanların liseyə sevgisinin artırılması üçün müxtəlif tədbir və oyunlar, yarışmalar təşkil olunur. Bunlardan biri də noyabr ayımdan etibarən baş tutan "Breyn rinq"dir. Bu dəfə yarışma V siniflər arasında baş tutdu. Beş komandanın qatıldığı yarışmada III mərhələ ərzində komandalara 40 sual təqdim olundu. Gərgin idman və intellektual mübarizə şəraitində baş tutan turnurdə 5b sinfinin "Zəfər" komandası qalib gəldi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi