Liseydaxili radio: 147 FM

5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü ərəfəsində Liseyimizin 147FM adlı liseydaxili radiosu fəaliyyətə başlamışdır. 147 FM lisey daxilində yayımlanır.  Radionun yaradılmasında əsas məqsəd şagirdlərin bacarıqlarını inkişaf etdirmək, dünyagörüşünü artırmaq, karyera qurmalarına kömək etmək, həmçinin, tədrisin keyfiyyətini yüksəltməkdən ibarətdir. 147 FM-in həftənin 5 günü saat 8:00-dan 8:30-dək, yəni dərs başlayanadək və tənəffüs vaxtı, saat 10:55-dən 11:05-dək yayımlanır. Radioda liseyin elanları, müəllim və şagirdlərin müsahibələri, şeirlər, lətifələr, təbriklər səsləndirilir. Radio liseyin gündəlik həyatına xüsusi bir canlanma gətirmişdir. Yaxın gələcəkdə 147 FM-in internet səhifəsinin yaradılması planlaşdırılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi