Dövlət Müstəqilliyi Günü ilə bağlı tədbir

18 oktyabr tarixi "Dövlət Müstəqilliyi Günü" kimi Azərbaycan ictimai həyatında xüsusi önəm daşıyır. Bu münasibətlə liseyimizdə şagirdlərlə müxtəlif məzmunlu diskussiyalar, disbut və dəyirmi masalar keçirilmişdir. Həmin silsilə tədbirlərdən biri də tarix müəllimi Sevinc Həsənovanın VIIIA sinfində təkil etdiyi dəyirmi masa olmuşdur. Tədbirdə şagirdlər və müəllimlər maraqlı çıxışlar və müzakirələr etmişlər. Çıxış edən şagirdlər o dövrün tarixi-siyasi şəraiti haqqında tarix kitablarından öyrəndiklərini, valideynlərinin məlumatlarını xatırlatmış, xalqımızın milli istiqlal uğrunda apardığı mübarizələrdən danışmışlar. Sevinc müəllim də öz çıxışında qeyd etmişdir ki, XX yüzillik xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi yadda qalmışdır. Eyni zamanda o da qeyd olunub ki, “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edildiyi 1991-ci ilin 18 oktyabr günü xalqımızın tarixinə şərəfli və əlamətdar səhifə kimi yazılıb.Tədbirdə Ulu öndərimiz Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasətinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, o cümlədən Azərbaycanın siyasi və iqtisadi sahələrdə gündən-günə daha da gücləndiyi, qüdrətləndiyi şagirdlərin bir daha diqqətinə çatdırılıb.Həmçinin, tədbirlərdə dövlət müstəqilliyindən bəhs edən videoçarx və sənədli filmlər nümayiş etdirilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi