Xətai rayonu 147 №li texniki-humanitar liseydə baş verən yeniliklər

Xətai rayonu 147 №li texniki-humanitar liseyin rəhbərlik və pedaqoji heyətində aşağıdakı dəyişikliklər baş verib:1. Liseyin riyaziyyat müəllimi İsayeva Könül Vaqif qızı Təhsil Nazirliyi tərəfindən keçirilən imtahandan müvəffəqiyyətlə keçərək, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.Liseyimizin pedaqoji kollektivinə yeni müəllimlər qəbul olunub:1. Rəhimova Sevda Nüsrət qızı Təhsil Nazirliyi tərəfindən keçirilən yerdəyişmə imtahanından uğurla keçərək, rus bölməsinə riyaziyyat müəllimi;2. Novruzov Rahim Ramiz oğlu Təhsil Nazirliyi tərəfindən keçirilən yerdəyişmə imtahanından uğurla keçərək, Azərbaycan bölməsinə Azərbaycan dili və ədəbiyyat müəllimi;3. Mikayılova İradə Allahverdi qızı Təhsil Nazirliyi tərəfindən keçirilən yerdəyişmə imtahanından uğurla keçərək, rus bölməsinə ingilis müəllimi;4. Sırovkina Viktoriya Vladimirovna Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbul imtahanından uğurla keçərək, rus bölməsinə Rus dili və ədəbiyyat müəllimi vəzifəsinə işə qəbul edilmişdir. LİSEYİN FƏALİYYƏTİ. Olipiada qalibləri. Nailiyyətlərimiz. 2014-2015-ci tədris ilində Respublika olimpiada qalibləri, XI sinif şagirdləri Zamanova Günel Fariz qızı və Əhmədov Şahin Vaqif oğlu liseyi müvəffəqiyyətlə bitirib əlaçılıq attestatı almaqla, liseyin məzunları olmuşlar. Bundan əlavə liseyin IX sinif şagirdi Məmmədova İ.M. liseyi fərqlənmə şəhadətnaməsi ilə ümumi orta məktəbi bitirmişdir Hal-hazırda Məmmədova İ.M. yaradılmış xüsusi sinifdə, yəni riyaziyyat-iqtisadiyyat təmayüllü sinifdə təhsil alır. Gələcəkdə o, II qrup üzrə imtahan vermək arzusundadır. Əlaçı şəhadətnaməsi alan IX sinif şagirdləri: Ələkbərova Qönçə Ramil qızı, Cahangirzadə Nicat Nazim oğlu, Məmmədov Rəsul Rəşad oğlu, Novruzlu Oqtay Elçin oğlu, Məmmədov Anar İlham oğlu. Əlaçı attestatı alan XI sinif şagirdləri: Məmmədli Dağıstan Əflan oğlu, Süleymanlı Fuad Rüfət oğlu, İsrafilova Xədicə İlyas qızı, Məmmədov Məhəmməd Fərman oğlu, Məmmədov Laləzar Fərman qızı, Nəbiyeva Banu Vüqar qızı, Əhmədov Şahin Vaqif oğlu, Zamanova Günel Fariz qızı, Həsənova Fatimə Rasim qızı. 2014-2015-ci tədris ili üzrə liseyi 62 nəfər məzun bitirmişdir. Məzunlardan 4 nəfəri xarici ölkələrin universitetlərinə qəbul olmuşlar. Həmçinin Nəbiyeva Banu 546 balla Rusiyanın M.Şevçenko adına tibb universitetinin Bakı filialına, Həsənova Fatimə 592 balla Rusiyanın Moskva Dövlət universitetinin Bakı filialına, Əhmədova Sara RF-nin Moskva Dövlət universitetinə daxil olmuşlar. Bu ilin məzunlarından Zamanova Günel 677 balla İdarəçilik Akademiyasının Hüquqşünaslıq fakültəsinə, Süleymanov Sabir 627 balla ADNA-nın Neft-qaz qurğuları mühəndisliyi fakültəsinə, Yunisli Yunis Qafqaz universitetinin Mühəndis mexanik fakültəsinə daxil olmuşlar. YENİ DƏRS İLİ ÜZRƏ ŞAGİRD VƏ KADRLARIN STATİSTİKASI. 2015-2016-cı tədris ilində liseydə 500 şagird təhsil alır. Pedaqoji kollektivin sayı 50 nəfərdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi