Şagirdlərimizin əl işləri şəhər miqyaslı sərgidə

Bu günlərdə Bakı şəhəri 201 №-li tam orta məktəb, Nizami rayonu İcra Hakimiyyəti və Palitra Art Studiyasının üzvlərinin təşkilatçılığı ilə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Akademiyasında "Müstəqil Azərbaycan naminə " adlı sərgi keçirilmişdir. Tədbirdə Nizami rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin deputatları, BŞTİ, ictimaiyyət və təhsil müəssisələrinin nümayəndələri, valideynlər, şagirdlər iştirak etmişdir. Sərgidə 34 şagirdin 118 adda əl işi nümayiş olunmuşdur. Tədbirdə Liseyimizin şagirdlərindən Həsənalıyeva Gülər və Quliyev Məhəmmədqulunun da əl işləri nümayiş etdirilmiş, böyük marağa səbəb olmuşdur. Şagirdlərimizin müxtəlif formalı yarış və müsabiqələrdə uğurları bizləri daima sevindirir. Liseyin fəaliyyətinin əsas istiqaməltərindən biri də dərsdənkənar işlərdə aktiv iştirak edən şagirdləri daha da ruhlandırmaq və onlarda müxtəlif bacarıqların inkişaf etdirilməsinə şərait yaratmaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi