"Danışıq Klubu"

Bakı Şəhəri üzrə Təhsil İdarəsininin ən geniş əhatə dairəsinə malik, şagirdlərin çox böyük sevgi və coşqunluqla qarşıladıqları layihələrdən biri də ümumi təhsil məktəbində İngilis dilində Danışıq Klubları fəaliyyətə başlamasıdır. Paytaxt məktəblərində ingilis dilində Danışıq Klublarının yaradılmasında məqsəd müxtəlif yaş qruplarından olan şagirdlərin məktəbdə əldə etdikləri xarici dil biliklərini praktiki danışıq məşğələləri vasitəsilə daha da möhkəmləndirmək, onların İngilis dilində fikirlərini düzgün və səlis ifadə etməsinə dəstək vermək, ünsiyyət vərdişlərini təkmilləşdirmək, xarici dildə ünsiyyət komplekslərini aradan qaldırmaqdan ibarətdir. Layihəyə uyğun hazırlanmış fəaliyyət planına müvafiq olaraq liseyin ingilis dili müəllimi Mirzəyeva Nazilə hər həftənin çərşənbə günü saat 13:30-da 5 və 6-cı siniflərində ödənişsiz "Danışıq Klubu" təşkil etmişdir. Bu dəfəki mövzu "Likes and Dislikes" idi. Klubun budəfəki dərsində 15 şagird iştirak edirdi. Şagirdlərlə iş apararkən "Four corners", "Running Dictation" kimi təlim üsullarından istifadə edilmişdir. Şagirdlər dərsdə çox maraq və fəal şəkildə iştirak etdilər. Bu tipli layihələr balacalarımızın formalaşmasında mühüm əhəmiyyətə malikdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi