"Texnologiya" fənnindən növbəti açıq dərs

Şagirdlərdə müxtəlif bacarıqların formalaşmasında texnologiya fənninin müstəsna əhəmiyyəti vardır. Elə bunun nəticəsidir ki liseydə praktiki vərdişləri inkişaf etdirən fənlərə xüsusi diqqət ayrılır. Bu məqsədlə 18 aprel 2017-ci il tarixdə 6a sinfində "Tərəvəzlərdən hazırlanan yeməklər" mövzusunda İbrahimova Gülsüm açıq dərs keçirdi. Dərs şagirdlərin fəal iştirakı şəraitində baş tutdu. Açıq dərsdə liseyin direktoru A.A.Əsədov, tədris işləri üzrə direktor müavini K.İsayeva, və təşkilati işlər üzrə direktor müavini V.Rzayeva da iştirak edirdilər. Dərsə motivasiya olaraq, Seyidova Səbinə, Əliyeva Elmira, Kərimbəyli Məhəmməd, Həsənalıyeva Gülsüm tərəvəzlərə aid topladıqları tapmacalarla başladılar. Sonra şagirdlər qruplara bölünərək əməli fəaliyyətə keçirdilər. Onlar iş vərəqələrində göstərilən suallara cavab verməklə yanaşı, hər qrupdan iki nəfər müxtəlif növ soyuq yeməklər-salatlar hazırladı. Şagirdlərin hazırladıqları salatlar münsiflər heyəti tərəfindən qiymətləndirildi. Dərsin sonunda qiymətləndirmə cədvəlində şagirdlərin bilik və bacarıqlarına, əməkdaşlıqlarına, tətqiqat suallarına verdikləri cavablar 5 balla qiymətləndirildi. Dərsin gedişində mövzuya uyğun müxtəlif maraqlı videoçarxlardan, musiqi nömrələrindən istifadə edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi