Mülki Müdafiə Günü

17.04.2017 ci il tarixdə liseyimizin fəaliyyət planına, Xətai rayon Fövqəladə Hallar və Mülki Müdafiə qərargahının razılığına əsasən Mülki Müdafiə gününün təşkili və keçirilməsini təmin etmək məqsədilə tədbirlər planı hazırlandı. MM gününün təşkili və keçirilməsinə cəlb olunan şəxsi heyətlə təlim- metodiki məşğələlər keçirildi. MM günü ilə əlaqədar liseyimizdə xüsusi guşə yaradıldı. Guşədə divar qəzetləri, şagirdlərin çəkdiyi rəsmlərin sərgisi oldu. Eyni zamanda mühafizə vasitələrinin nümunələri sərgidə nümayiş etdirildi.Vc sinfində "Yanğınlar" və "Vulkanlar" mövzusunda açıq dərs keçirildi. X-cu siniflər arasında mülki-müdafiə mövzusu üzrə viktorina təşkil edildi.Olduqca maraqlı keçən viktorinada şagirdlər biliklərini nümayiş etdirdi, maraqlı maraqlı faktlar söylənildi. Tədbirin praktiki hissəsində "Həyəcan!" siqnalı verilmiş və liseyin 2-ci mərtəbəsindəki şagird kontingentinin 4 dəqiqə ərzində təxliyə planına uyğun şəkildə liseydən çıxarılması həyata keçirilmişdir. Təxliyə olunan anda şərti xilasetmə əməliyyatına başlanılmışdır. Daha sonra xilasedicilər zərərçəkmiş və yaralanmış, köməksiz halda olan şagirdi yanğın baş verən ərazidən çıxararaq ilkin tibbi yardım göstərib təcili tibbi yardım əməkdaşlarına təhvil vermişlər. Praktik hissə bitdikdən sonra liseyin akt zalında yarana biləcək təhlükəli vəziyyətdən qurtulmaq üçün həyata keçirilən işlər haqqında məlumat verildi, sənədli film izlənildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi