11c sinif şagirdi Məmmədov Anarın bu uğuru

Məktəbin əsas vəziflərindən biri istedadlı şagirdləri vaxtında üzrə çıxarmaq, onlarda tədqiqatçılıq və qərarvermə bacarığını inkişaf etdirmək, elmi biliklərə maraq və sevgini artırmaqdır. Bu məqsədlə Liseyimizdə ardıcıl olaraq müxtəlif forma və məzmunlu tədbir və layihələr reallaşdırılmaqdadır. Həmin fəaliyyət istiqamətlərindən biri də fənn olimpiadalarıdır. Ümumiyyətlə, şagirdlərdə keyfiyyətli təhsil alma, biliklərə marağı artırmaq və özünə inam hislərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaq məqsədi daşıyan fənn olimpiadaları məktəb və şagird həyatında müstəsna əhəmiyyətə malikdir.Təhsil Nazirliyinin, BŞTİ-nin müvafiq layihələri çərçivəsində Bakı və eyni zamanda, ölkəmizin bütün regionlarında bu məqsədlərlə ardıcıl olaraq müxtəlif yaş qrupları üzrə ayrı-ayrı fənn müsabiqələri, bilik yarışları, fənlər və məntiq üzrə olimpiadalar keçirilir və keçirilməkdədir. 8 Aprel 2017-ci il tarixdə ADNSU-da riyaziyyat, fizika, kimya və informatika fənləri üzrə təşkil olunmuş olimpiada da mühüm və ciddi əhəmiyyətli tədbirlərdən biri idi.Liseyimiz üçün sevindirici hal budur ki, 11c sinif şagirdi Məmmədov Anar İlham oğlu fizika fənni üzrə bu olimpiadada iştirak etmiş və III yeri qazanmışdır.Nümunəvi nizam-intizamı, texniki fənlərə marağı və əla oxumağı ilə müəllimlərinin və Lisey rəhbərliyinin diqqətini cəlb etmiş Anarın bu uğurundan sevinir, ona yeni nailiyyətlər arzulayırıq.Belə obyektiv və şəffaf olimpiada təşkil etdikləri üçün ADNSU-nun rəhbərliyinə təşəkkür edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi