Azərbaycan XXI əsr istedadlılarla

Liseyin 9c sinif şagirdi Cavadova Alsu Süleyman qızı öz qazandığı uğurları ilə hər zaman müəllim və şagird kollektivinin diqqətini çəkməkdədir. Yaşının az olmasına baxmayaraq həyat fəlsəfəsi daha geniş və dərin olan Alsu uşaqlıqdan fəal, ünsiyyətcil, insanlarla tez bir zamanda müəyyən mövzu ətrafında söhbət etməyi bacaran, rus,ingilis və alman dillərini sərbəst şəkildə bilən, liseyin hər bir tədbirində iştirak edən, rəsmlə məşğul olan, dərslərini yaxşı oxuyan, hər bir uğuru üçün özünü valideynlərinə və müəllimlərinə borclu hesab edən, asudə vaxtlarında kitab oxumağı sevən, "Kitab oxumaq ağıllı insanlarla söhbət etmək deməkdir" devizini seçən, tarixin yaddaşında istedadlı həkim kimi qalmaq istəyən "Şagird Akademiyasının Rəhbəri"dir. Eyni zamanda liseyin 5a sinif şagirdi Orucov Fərid Azərbaycan Respublikası" Azərbaycan çempionatında Liboksing-Çitsu kontak" üzrə yaşıdları arasında II yerə layiq görülmüşdür. Hər iki şagirdimizə uğurlar.