Lisey məzunlarımız üçün unudulmaz bir gün oldu- Son Zəng çalındı.

Lisey məzunlarımız üçün unudulmaz bir gün oldu- Son Zəng çalındı. Bu yalnız məktəbin sonu deyil, yeni bir həyat mərhələsinin başlanğıcıdır. Müəllimlər onlara təkcə dərsləri öyrətmədi həm də, həyat dərsi verdilər. Məzunlarımızın əldə etdikləri bilik və təcrübənin köməyi ilə, işıqlı

gələcək quracaqlarına inanırıq.

Son zəng tədbirimizdə Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, İqtisad Universitetinin kafedra müdüri professor Tofiq Əbülhəsənli, Qarabağ Universitetinin müəllimləri Əzizağa və Aynur Nəcəfzadələr çıxış edərək məzunlarımıza dəyərli tövsiyyələrini verdilər.

Liseyin direktoru Vüsalə Babayeva çıxış edərək məzunlarımızı təbrik etdi, imtahanlarda yüksək bal toplamış şagirdləri təltif etdi.

Yolunuz aydın, arzularınız gerçək olsun əziz məzunlarımız.

Sizləri təbrik edirik.                    </div>

                </div>
                <div class=

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi