Hər birimizin iştirak etdiyi və hər tədris ilinin sonunda məktəblərimizdə qeyd edilən “Son zəng”
Hər birimizin iştirak etdiyi və hər tədris ilinin sonunda məktəblərimizdə qeyd edilən “Son zəng”
11-cilərin çox böyük həvəslə hazırlaşdıqları və həyəcanla gözlədikləri “Son zəng” tədbiri sadəcə bir məktəb ənənəsi deyil, dəyişikliyin, keçidin simvoludur. 11 il boyunca min dəfələrlə çalınan məktəb zəngindən fərqli olaraq, bu zəng səsi yalnız 11-cilərin yola salınmasını, tədris ilinin yekunlaşmasını bildirmir. O həm də məzunların, onların valideynlərinin və müəllimlərinin daxilində çalınan həyəcan səsidir. Bu zəng onların hər birini oyadan, silkələyən, düşündürən və həyəcanlandıran sakit bir “pıçıltı”dır, əslində.
Əziz 11-cilər sizi bu gün münasibəti ilə təbrik edirik,addımlayacağınız yeni həyat yolunda sizə uğurlar arzulayırıq.