“1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” kimi qeyd olunur.

“1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” kimi qeyd olunur. Bu gün, uşaqların hüquqlarını qorumaq və onların rifahını təmin etmək üçün hər il bütün dünyada qeyd olunur. Bu münasibətlə liseyimizdə 30may tarixində istedadlı şagirdlərimizin çıxışlarından ibarət maraqlı və şagirdlərin sevincinə səbəb olacaq tədbir keçirildi. Tədbirdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü haqqında şagirdlərə məlumat verildi.Bildirildi ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması qərara alınıb. Azərbaycanda hər zaman uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görüldüyü şagirdlərin diqqətinə çatdırıldı.

Tədbirlərdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin uşaqlara olan diqqət və qayğısından danışdılar.Qeyd olundu ki, ölkə Prezidenti cənab İlham Əliyevin uşaqların savadlı, sağlam və firavan böyüməsi, rifahının yüksəldilməsinə göstərdiyi qayğı və diqqət deməyə əsas verir ki, bu məsələ dövlət siyasətinin başlıca istiqamətlərindən biridir.

Tədbirdə şagirdlər Azərbaycan və dünya xalqlarına məxsus mahnılar oxuyub, rəqslər ifa edib, şeirlər söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.                    </div>

                </div>
                <div class=

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi