“Ailəm və məktəbim” layihəsinə əsasən komputer üzrə proqramlaşdırma mütəxəssisi şagirdlərə seminar keçdi.
Bu gün liseyimizdə şagirdlərlə maraqlı bir görüş keçirildi. “Ailəm və məktəbim” layihəsinə əsasən həm komputer üzrə proqramlaşdırma mütəxəssisi,həmçinin liseyimizin valideyni Elməddin Əhmədzadə şagirdlərlə seminar keçdi.Seminarda Texniki dəstək, Şəbəkə inzibatçısı, Sistem inzibatçısı, Proqramlaşdırma, Süni intlekt, Kiber təhlükəsizlik, Sosial mühəndislik və Kiber zorakılıq,ailələrin,valideyinlərin və uşaqların internetdəki təhlükələr barədə məlumatlandırlması,təhsilin bütün səviyyələrində kibertəhlükəsizlik üzrə modullar hazırlamaq mövzularında ətraflı və geniş söhbətlər,müzakirələr aparıldı.Seminar şagirdlər tərəfindən maraqla qarşılandı.Elməddin müəllimə lisey kollektivi adından öz təşəkkürümüzü biıdiririk.