"AZƏRBAYCANIM" Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı çərçivəsində elan olunmuş 13–15 yaş qrupu üzrə müsabiqənin növbəti mərhələsi – uşaqların sərgisi 14 may tarixində Xətai Sənət Mərkəzində keçirildi.

Sevindirici haldır ki, bu nüfuzlu festivalda şagirdimiz Zəhra da iştirak edərək sertifikata layiq görülmüşdür. Onun bu uğuru liseyimiz üçün qürurvericidir.
Zəhraya gələcək yaradıcılıq fəaliyyətində daha böyük nailiyyətlər arzulayırıq!
Yaradıcılıqla dolu bu sərgi gənc istedadların bacarıqlarını nümayiş etdirmək üçün gözəl fürsət yaratdı. Xətai Sənət Mərkəzinin direktoru Zahid Avazov,Azpressinfo saytının fotomüxbiri Mahir Akhmadov bəyə və Xətai Sənət Mərkəzinin bütün idarə heyətinə müsabiqələr, sərgilər təşkil edərək istedadlı insanların yaradıcılığının üzə çıxmasında göstərdikləri böyük dəstəyə görə öz dərin təşəkkürümüzü bildiririk.Balaca rəssamlarımızı təbrik edir, uğurlar arzulayırıq!