Karyeranın planlaşdırılması və inkişafı layihəsinin təlimlər mərhələsi (II mərhələ)

04.04.2017-ci il tarixdə Təhsil Nazirliyinin dəstəyi ilə "Gənclərin Nəaliyyəti Təşkilatı" tərəfindən 147 N-li Texniki humanitar liseydə məqsədyönlü karyera təlimi təşkil edildi.Təlimin keçirilmə məqsədi gənclərin düzgün karyera seçiminə kömək etmək, həmçinin öz bilik , bacarıq və istəklərinin seçdikləri sahədə nə dərəcədə effektiv olacağını öyrənməkdir. İnteraktiv metodlarla təşkil olunan təlimə, liseyin 9,10,11-ci sinif şagirdləri cəlb edilmişdi. Təlimin sonunda aktiv şagirdlər xüsusi tədbirə dəvət olunacaq. Keçirilən təlim şagirdlərdə çox böyük maraq oyatmışdır. Təlim şagirdlərin özlərini ifadə etmə bacarıqlarını inkişaf etdirmək baxımından çox əhəmiyyətlidir.