Liseyimizin əsasını qoyan dünya şöhrətli akademik Azad Mirzəcanzadənin təşəbbüsü ilə, ilk dəfə Azərbaycanda “ Şagird Özünüidarəetmə Günü” keçirilməyə başlamışdı

Liseyimizin əsasını qoyan dünya şöhrətli akademik Azad Mirzəcanzadənin təşəbbüsü ilə, ilk dəfə Azərbaycanda “ Şagird Özünüidarəetmə Günü” keçirilməyə başlamışdı. Sonralar bu ənənə ali məktəblərə də, sirayət etmişdir.

147 nömrəli lisey yaranandan hər il bu tədbiri keçiririk. Şagirdlərimiz bu günü çox həvəslə gözləyirlər.

Özünüidarəetmə şadirdlərdə idarəetmə bacarığı, liderlik, özgüvən, məsuliyyətlilik kimi xüsusiyyətlər formalaşdırır.

Həmişə olduğu kimi, bu gün də liseyimiz tam şagirdlərə həvalə edilmişdi. Qeyd edək ki, dəyərli şagirdlərimiz öz üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldilər.

Afərin uşaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi