“Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası”nın ilk turu

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “İstək” liseyinin birgə təşkilatçılığı ilə paytaxt məktəblərinin 5-ci və 6-cı sinif şagirdləri arasında “Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası”nın ilk turu keçirildi. Olimpiadanın ilk turu liseydə direktorun nəzarəti və təşkilatçılığı ilə aprel ayının 1-də, 6-cı gün saat 10:00-da başladı.Şagirdlərə təqdim olunan sual kitabçalarında 30 tapşırıq vardı. İmtahan 10:00-da başladı,11:30-da yekunlaşdı.Şagirdlərdə tədqiqatçılıq bacarığının formalaşdırılması, məntiqi, tənqidi təfəkkürün inkişaf etdirilməsi, elmə marağın artırılması istiqamətində bu tipli yarışmaların çox böyük praktiki əhəmiyyəti vardır.Elə bunun nəticəsidir ki, valideynlər övladlarının Olimpiadaya qatılmasını böyük maraq və sevinc hissi ilə qarşıladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi