Liseyimizin informatika muəllimi Fəxriyyə Əsədlinin rəhbərliyi ilə şagirdlərimiz Bebras yarışmasında maraqla iştirak edirlər.
Liseyimizin informatika muəllimi Fəxriyyə Əsədlinin rəhbərliyi ilə şagirdlərimiz Bebras yarışmasında maraqla iştirak edirlər. Bebras nədir?
Bebras İnformatika və Alqoritmik düşüncə yarışmasıdır. Yarışmada interaktiv və əyləncəli tapşırıqlar vasitəsilə şagirdlərin həmin mövzularda təfəkkürləri yoxlanılır və tapşırıqların həllinə uyğun qiymətləndirmə aparılır. Bebras yarışması onlayn olaraq keçirilir. Yarışın maraqlı tərəfi ondan ibarətdir ki, iştirak üçün şagirdlərin proqramlaşdırma və dərin İT biliklərinin olması vacib deyil. Şagirdlər interaktiv suallara alqoritmik düşüncələrini işə salaraq cavab verirlər.