Fənn aylığının yekunu ilə bağlı hesabat tədbiri

Liseyin fəaliyyət planının 1.1.1.2. bəndinə uyğun olaraq fevral ayının 7-dən mart ayının 9-a kimi təlimin keyfiyyətinin yaxşılaşdırılması, riyaziyyat fənninin tədrisi vəziyyətinin yüksəldilməsi, müəllim və şagirdlərin təlimə marağının artırılması, fənlər üzrə bilik, bacarıq və vərdişlərin inkişafına daha geniş şəraitin yaradılması, müəllim və şagirdlərin tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, fənn müəllimlərinin və şagirdlərin tədris prosesində və sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyətinin səviyyəsinin öyrənilməsi və təbliği, qabaqcıl təcrübənin öyrənilməsi məqsədi ilə riyaziyyat və informatika fənn aylığı elan olunmuşdu. Bu məsədlə Liseydə riyaziyyat və informatikadan bütün ixtisas müəllimlərinin açıq dərsləri və viktorinalar keçirilmiş, qarşılıqlı dərsdinləmələri olmuş, divar qəzetləri və stendlər hazırlanmışdır.14 mart tarixində fənn aylığının yekunu ilə bağlı hesabat tədbiri keçirilmişdir. Tədbirdə bütün siniflərdən ayrı-ayrı şagirdlərin hazırladıqları təqdimatlar nümayiş etdirilmiş, riyaziyyatla bağlı səhnəciklər göstərilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi