Fənn aylığı ilə bağlı tədbirlərin həyata keçirilməsi

Liseyin fəaliyyət planına uyğun olaraq riyaziyyat və informatika fənlərinin tədrisinin keyfiyyətinin artırılması, müəllimlərin hazırlıqlarının yaxşılaşdırılması, şagirdlərdə dərsə maraq və sevginin daha da yüksəldilməsi məqsədi ilə fevral ayının 7-dən mart ayının 10-a qədər liseydə riyaziyyat-informatika fənn aylığı elan edilmişdir. Fənn aylığı ilə bağlı tədbirlər planı hazırlanmış, qarşılıqlı dərs dinləmələri, açıq dərslər, əyləncəli riyazi oyunlar keçirilmiş, divar qəzeti və stendlər hazırlanmışdır. Aylıq çərçivəsində VII B sinfində Nazlı Məmmədova açıq dərs keçirmiş, şagirdlərin təqdimatları nümayiş etdirlmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi