"İnsan alverinin qurbanına çevrilməyin!" mövzusunda mühazirə

İnsan alveri problemli məsələlərdən olub dövləti daim bu sahədə müvafiq addımlar atmağa vadar edir. Dövlət müəssisələri bu problemin qarşısını almaq üçün müxtəlif maarifləndirmə işləri həyata keçirir. Qızıl Aypara Cəmiyyəti də bu məqsədlə liseyimizin akt zalında 14 may 2015-ci il tarixində "İnsan alverinin qurbanına çevrilməyin!" mövzusunda mühazirə keçirmişdir. Mövzunu Xətai rayonu üzrə Qızıl Aypara Cəmiyyətinin sədri Günel xanım şərh etdi. Günel xanım şagirdlərlə apardığı söhbət zamanı müasir cəmiyyətdə insanların başına gətirilən faciələrdən, fırıldaqçıların uşaqları, gəncləri, yaşlı insanları necə aldadıb istifadə etdiklərindən danışdı. Şagirdlər mövzuyla bağlı video çarxları izlədilər. Sonda şagirdlərə məlumat kağızları paylandı və liseyimizin direktoru M.Həlimə xanım Günel xanıma öz təşəkkürünü bildirdi, şagirdlərə gələcək həyatları ilə bağlı dəyərli məsləhətlər verdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi